IQNA

Zəvvarların Məscidül-Hərama daxil olarkən yanlarında olmaması lazım olan əşyalar

10:15 - June 05, 2024
Xəbər sayı: 3496088
İQNA - Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarların Məscidül-Hərama daxil olarkən yanlarında olmaması lazım olan 5 qadağan olunmuş əşyanı açıqlayıb.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi X sosial şəbəkəsindəki rəsmi hesabında qeyd edib ki, zəvvarların gediş-gəlişini asanlaşdırmaq və sağlamlığını təmin etmək məqsədi ilə beş şeyin qadağan edilməsi qərarını verib.

Nazirlik Məscidül-Harama aşağıdakı beş şeyin gətirilməsinin qadağan edildiyini açıqlayıb: Qəhvədən başqa yemək və içkilər, xurma və su, iti alət və cihazlar, tez alışan mayelər, iri çantalar və müxtəlif məhsullar, uşaq arabaları.

Səudiyyə Ərəbistanı Baş Təhlükəsizlik Müdirliyi də müxtəlif növ turist vizası olanların bu viza ilə Həcc ziyarətinə gedə bilməyəcəyini bildirib.

Nazirlik qeyd edib ki, turist vizası olanlar Məkkəyə daxil olduqda cərimələnəcəklər.

İcazəsiz həcc ziyarətinin cəzası:

-10 min Səudiyyə riyalı qədər cərimə

- Onların avtomobilləri məhkəmənin qərarı ilə müsadirə edilir, 6 ay həbs və 50 min Səudiyyə rialına qədər cərimə olunur.

- Qadağaya əməl etməyənlər Səudiyyə Ərəbistanından deportasiya ediləcək və bu ölkəyə girişi qadağan ediləcək.

- Qadağaya əməl etməyənlərin müəyyən müddətə Səudiyyə Ərəbistanına girişinə qadağa qoyulması.

4219832

captcha