"İQNA", "Əl-Məyadin" saytına istinadən xəbər verir ki, BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi (OCHA) İsraili beynəlxalq hüquqa riayət etməyə çağıraraq, Qəzzaya qida və tibbi yardımın təhlükəsiz şəkildə keçməsini asanlaşdırmasını istəyib.
OCHA sözçüsü Jens Lərkə, hazırda çox az ərzaq olduğunu və aclıqdan xilas olmaq üçün lazım olan miqdarda yardım almadıqlarını söylədi.
O, həmçinin bəyan edib ki, beynəlxalq hüquqda açıq şəkildə qeyd olunub ki, İsrail hakimiyyət orqanları mühasirədə olan Qəzza zolağına yardım göndərilməsinə şərait yaratmağa borcludur.
Yardımların əldə edilməsinə maneələr barədə sualları cavablandıran OCHA sözçüsü Qəzzaya daxil olan yardımın müharibə səbəbindən xalqa çatmadığını bildirib.
Lərkə həmçinin yardımın effektiv çatdırılması üçün açıq və təhlükəsiz quru keçidlərinə ehtiyac olduğunu vurğulayıb.
Bu bəyanatlar İsrailin sərhəd qapısını bağlaması və humanitar yardımın ölkəyə daxil olmasına mane olmasından sonra 13 yaşlı fələstinli Abdulqadir Əs-Sərahinin faciəli şəkildə aclıqdan ölməsindən sonra verilib.
Əbdülqadir Əs-Sərahi aclıq, qida çatışmazlığı və Qəzzanın mərkəzindəki Deyr Bəlxdəki Əl-Əqsa xəstəxanasında müalicə olunmaması səbəbindən dünyasını dəyişib. Bənzər bir hadisədə Fayiz Əbu Əttaya adlı yeddi aylıq fələstinli körpə də eyni səbəblərdən faciəli şəkildə dünyasını dəyişdi.
BMT-nin İşğal olunmuş Fələstin Ərazilərinə Yardım və İşlər üzrə Agentliyinin rəhbəri Andrea Di Domeniko bazar ertəsi günü Rəfahda humanitar vəziyyətin kritik həddə çatdığını vurğulayıb.
Hazırda sionist ordunun şiddətli bombardmanlarına məruz qalan və gedəcək yerləri olmayan 600 mindən çox uşaq Rəfah çadırlarında sığınacaq alıb.
Di Domeniko həmçinin bildirib ki, Rəfahdakı xəstəxanalar artıq fəaliyyət göstərmir və yalnız səhra xəstəxanaları tibbi xidmət göstərəcək.
4219913