"İQNA", "Golf News" saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bu ölkənin Milli Bankı (SNB AlAhli) ilə əməkdaşlıq edərək Həcc və Ümrə zəvvarları üçün "Nusuk Wallet" adlı ilk beynəlxalq rəqəmsal pul kisəsini istifadəyə verib.
"Nusuk" pul kisəsi tətbiqi bazar ertəsi Həcc və Ümrə nazirinin iştirakı ilə istifadəyə verilib.
Bu innovativ rəqəmsal pul kisəsi həcc ziyarətləri zamanı maliyyə və xərclərin idarə edilməsi üçün hərtərəfli həll yolu təklif edir.
Bu pul kisəsi istifadəçilərin maliyyə əməliyyatları üçün maksimum təhlükəsizliyi təmin etmək üçün qabaqcıl texnologiyalardan və kodlaşdırma üsullarından istifadə edir.
Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin rəqəmsal təcrübə departamentinin direktoru Əhməd b. Süleyman Əl-Məymən "Nusuk" pul kisəsinin süni intellekt, şifrələmə və biometrik autentifikasiya kimi qabaqcıl xüsusiyyətlərə malik olduğunu ifadə edərək, müasir texnologiyanı istifadəçilərin xüsusi ehtiyacları ilə birləşdirdiyini bildirib.
Səudiyyə Ərəbistanı Milli Bankının İnvestisiya və Rəqəmsal Ödənişlər üzrə Baş Meneceri bildirib ki, bu pul kisəsi Səudiyyə Ərəbistanı Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğundur. Həmçinin ən yüksək maliyyə təhlükəsizliyi və normativlərə uyğunluq standartlarına uyğundur.
Rəqəmsal pul kisəsi elektron ödənişlər etmək və ya elektron biletləri və sənədləri saxlamaq üçün istifadə edilən onlayn proqram və ya xidmətdir.
Bu, Həcc və Ümrə zəvvarları üçün xüsusi olaraq hazırlanmış ilk rəqəmsal pul kisəsi və beynəlxalq bank kartıdır.
4219928