"İQNA", "Nadorcity"-yə istinadən xəbər verir ki, bazar günü, iyunun 2-də Antverpendəki Quran əzbərləmək, İslam Elmləri və Ərəb Dili Tədrisi İnstitutunda hafizlər və nümunəvi tələbələrin şərəfinə mərasim keçirilib.
Mərasimdə Avropa Mərakeş Alimləri Şurasının sədri Şeyx Tahir Ət-Təkkani də daxil olmaqla bir çox din və Quran xadimləri iştirak edib.
Mərasim Şeyx Məhəmməd Mərufun Qurani-Kərimdən ayələr oxuması ilə başlayıb. Daha sonra institutun prezidenti Alveş Əbdur-Rəhmanın çıxışı ilə davam edib.
Əbdur-Rəhman institutun fəaliyyətinə, Qurani-Kərimin əzbərlənməsinə, İslam elmləri və ərəb dilinin öyrənilməsinə dair araşdırmalara toxunub.
Həmçinin Quran hafizlərinin dünya və axirətdəki əhəmiyyətini xatırladıb. Mərasim Cisrul-Əmanə tələbələrinin Quran oxuması, dualar və münacatlar oxuması ilə başa çatıb.
Bu il Belçika universitetlərində təhsil alan dörd tələbə bütün Quranın hafizi oldu. İslam, Belçikada xristianlıqdan sonra ikinci ən böyük dindir. Ölkədəki müsəlmanların dəqiq sayı bilinməsə də, müxtəlif mənbələr ölkə əhalisinin 4-6,5%-nin İslam dininin ardıcılları olduğunu təxmin edir.
Belçikaya gələn müsəlmanların əksəriyyəti ölkəyə 1960-cı illərdən sonra gələn birinci, ikinci və ya üçüncü nəsil mühacirlərdir.
Bu ölkədəki müsəlmanların əksəriyyəti sünnidir və Avropa İşləri Mərkəzi 2000-ci ildə Belçikada təxminən 30 min müsəlmanın olduğunu təxmin edir.
4219943