"Zumər surəsinin, 73-dən 75-ə qədər olan ayələri: "Rəbblərindən qorxanlar (isə) dəstə-dəstə cənnətə tərəf aparılarlar. Nəhayət ora çatanda onun qapıları (daxil olmaq üçün onların üzünə) açılar. Onun gözətçiləri onlara deyərlər: Salam olsun sizə! (Həm cism, həm də ruh baxımından) pak oldunuz. Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!".
"(Cənnət əhli orada məskunlaşdıqdan sonra) deyərlər: «Şükr bizim barəmizdəki vədini gerçəkləşdirən və cənnət yerini irsi olaraq (dini qəbul edəcəkləri təqdirdə bizə şərik olacaq kəslərin payını da) bizə verən Allaha məxsusdur ki, cənnətin istədiyimiz yerində məskən seçirik. Əməl edənlərin mükafatı gözəldir!".
"(Həmin gün) mələkləri Rəbblərinə şükr etməklə birlikdə Onu pak sifətlərlə mədh edən halda Ərşi (haqqın səltənət qərargahı və Onun əmrlərinin verildiyi mərkəzi dairəvi şəkildə) əhatə edən görərsən. Onların (bütün Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılar (və Qiyamət hadisələri qurtardıqdan sonra) deyilər: Həmd və şükr aləmlərin Rəbbi olan Allaha məxsusdur!".
Əhzab surəsinin 23-cü ayəsi: "Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzrlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər".
4220316