"İQNA", "Əl-Aləm" saytına istinadən xəbər verir ki, bəzi media mənbələri Əfqanıstanda Xatəmul-Ənbiya Universiteti və Əl-Təməddun telekanalının bağlandığını bildirib.
Xatəmul-Ənbiya Universiteti Əfqanıstan şiələrinin keçmiş lideri Ayətullah Muhsini tərəfindən təsis edilib.
"Rəyul-Yəvm" qəzeti yazıb ki, Əfqanıstan Ədliyyə Nazirliyi bu qərarlara haqq qazandırarkən, bu universitet və məktəbin tikildiyi torpağın dövlətə məxsus olduğunu və qanunsuz olduğunu iddia edib.
Bildirilib ki, bağlanan televiziya kanalı Əfqanıstanda siyasi partiyaların fəaliyyətini qadağan edən prezidentin fərmanından sonra qeyri-qanuni hala düşən siyasi partiyaya məxsusdur.
4220880