TRT News-un verdiyi məlumata görə, (WFP)-nin icraçı direktor müavini Karl Skau X sosial media hesabından verdiyi açıqlamada, İsrailin hücumlarının davam etməsi səbəbindən Qəzzaya lazım olan ərzaq yardımının çatdırılmasının demək olar ki, mümkün olmadığını bildirib.
Skau deyib: “Qəzzanın mərkəzi və cənub hissəsində toqquşmalar gücləndiyi üçün mülki əhali arasında itkilər dağıdıcıdır”.
Rəfah Sərhəd Qapısı bölgədə İsrail işğalının başladığı mayın 7-dən etibarən bağlıdır. Qəzza zolağının İsraildən başqa xarici dünyaya açılan yeganə sərhəd qapısı olan Rəfah Sərhəd Qapısının bağlanması qida qıtlığı ilə üzləşən Qəzzaya humanitar yardım axınına əhəmiyyətli dərəcədə təsir edir.