IQNA

Mədinə hava limanlarında zəvvarlara 900 min Quran hədiyyə edilir

9:29 - June 19, 2024
Xəbər sayı: 3496177
İQNA - Səudiyyə Ərəbistanının Dini İşlər Nazirliyinin rəsmiləri Həcc ziyarətini başa vurduqdan sonra Mədinə hava limanlarından ayrılan zəvvarlara 900 min Quran hədiyyə ediləcəyini açıqlayıb.

"İQNA", "Ərəb News" saytına istinadən xəbər verir ki, bu nazirliyin Mədinə şöbəsinin müdiri Usamə Mədhəli bildirib: "Mədinə hava limanını tərk edən zəvvarlara xidmət göstərmək üçün hazırlıqlar davam edir".
O, Mədinədə Kral Fəhd Quran Çap Kompleksi ilə koordinasiya ilə buraya 900 mindən çox Quranın ayrıldığını vurğulayıb.
O, bu nüsxələrin Mədinədəki Məhəmməd Bin Əbdüləziz Beynəlxalq Hava Limanına və Yanbudakı Şahzadə Əbdül-Möhsin Bin Əbdüləziz Regional Hava Limanına zəvvarlara kömək məqsədilə paylanıldığını bildirib.
Bu nazirlik də Həcc ziyarətini yerinə yetirdikdən sonra bu ölkədən yola düşəcək ilk zəvvar qrupunun qəbuluna hazırlıq işlərini yekunlaşdırıb.
Nazirliyin Mədinə şöbəsi Əl-Xəndək, Seyyidəş-Şühəda və Qibləteyn məscidlərini hazırlayıb. Buraya hərtərəfli təmizləmə, texniki qulluq, kondisioner qurğuları, su soyuducuları və izdihamın effektiv idarə edilməsi daxildir.
Həmçinin Nazirlik böyük məscidlərə gələn zəvvarlar üçün bələdçi kitabçaları paylamaqla yanaşı, ölkədən gedən zəvvarlara Qurani-Kərimin nüsxələrini də paylayıb.
4222050

Teqlər: quran ، hədiyyə ، mədinə ، həcc ، ərəbistan
captcha