IQNA

İsraillilər Netanyahunun istefasını tələb etmək üçün Knessetin qarşısına toplaşıblar

16:00 - June 20, 2024
Xəbər sayı: 3496187
İQNA - Bazar ertəsi axşam saatlarında on minlərlə israilli Qərbi Qüdsdə parlament binası qarşısında növbəti dəfə nümayiş keçirərək Netanyahunun başçılıq etdiyi hökumətin istefasını və erkən seçkilərin keçirilməsini tələb edib.

"İQNA", "Əl-Aləm"-ə istinadən xəbər verir ki, buradakı nümayişçilər Qəzzada əsirlərin azad edilməsi üçün dərhal mübadilə razılaşması tələb ediblər.
Nümayişçilər “məhbus mübadiləsi razılaşmasını qəbul edin”, “hər an seçkilər”, “sən baş nazirsən, günahkarsan” kimi yazılı plakatlardan əlavə, hökumət əleyhinə şüarlar da səsləndiriblər.
Bundan əlavə, nümayişçilər Netanyahunun kabinetini dağıdıcı kabinet kimi xarakterizə edərək, kabinetin xalqın güvənini itirdiyini bildiriblər.
Nümayişçilər parlamentə getməzdən əvvəl İsrail prezidenti Yitzhak Hersoqun Qərbi Qüdsdəki evinin qarşısına toplaşıblar.
Polis təzyiqli su ilə nümayişçilərə müdaxilə edib.
Nümayişçilər üzərində Netanyahunun şəkli və qanlı əl içi olan ingilis və ivrit dillərində “Şər şeytan” sözləri yazılmış pankart götürüblər.
4222152

captcha