"İQNA", "LA Times"-a istinadən xəbər verir ki, bu universitetdə Qəzza xalqına dəstək və Fələstindəki soyqırıma qarşı etirazlar davam edir.
Sosial mediada yayılan videolarda Stenford prezidenti Riçard Saller məzunlar qarşısında çıxış edərkən hicablı və əllərində Fələstin bayraqları olan çoxlu sayda insanın yerlərindən qalxdığı və bir neçə dəqiqə ərzində zalın boşaldığı əks olunub.
Bu aksiya Fələstin tərəfdarı olan tələbə qrupu tərəfindən planlaşdırılıb. Onlar tələbələri rəsmi mərasimi tərk edib, əvəzinə başqa yerdə keçirilən mərasimə getməyə təşviq ediblər.
Qrup İnstaqramda yazıb ki, məzunlarımızı, onların dostlarını və ailələrini İsrailin boykotuna dəstək və Fələstin xalqına hörmət göstərmək üçün həftəsonu buraxılış mərasimini tərk etməyə dəvət edirik.
Mərasimin spikeri bu imtinanı etiraz aksiyası kimi qiymətləndirib.
Bu il Stanford, İsrailin fələstinlilərə qarşı törətdiyi qətliamlarla bağlı tələbələrin etirazlarına səhnə olub.
Universitet polisi universitet prezidentinin ofisinə girən tələbələr və məzunlar da daxil olmaqla, Fələstin tərəfdarı olan 13 etirazçını həbs edib.
Universitetdən o zaman bildirildi ki, hadisədə iştirak edən tələbələr təhsildən uzaqlaşdırılıb və yuxarı sinif şagirdlərinə məzun olmayacaqları bildirilib.
Son bir neçə ay ərzində etirazçılar böyük düşərgə qurdular və bu, Stenford tarixində ən uzun oturaq aksiya oldu.
İdarəçilər fevral ayında tələbələrin sağlamlığı və təhlükəsizliyi ilə bağlı narahatlıqlarını əsas gətirərək düşərgələri qadağan etmişdilər. Fəallar aprel ayında eyni meydanda daha bir düşərgə qurmuşdular.
İsrailin səkkiz aydan artıqdır davam edən hücumları nəticəsində Qəzzanın böyük bir hissəsi qida qıtlığı, təmiz su və dərman çatışmazlığı səbəbindən viran qalıb. UNRWA xəbərdarlıq edib ki, Qəzzada 500 000 uşağın kəskin qida çatışmazlığı səbəbindən təcili müalicəyə ehtiyacı var.
İsrail, Beynəlxalq Ədalət Məhkəməsində soyqırımda ittiham olunur. Bu məhkəmə qərarı İsrail rejiminə bir milyondan çox fələstinlinin sığındığı Rəfahdakı əməliyyatlarını dərhal dayandırmağı əmr etdi.
4222099