IQNA

Qəzza müharibəsindən sonra Avropada müsəlmanlara qarşı zorakılığın artması

12:02 - June 23, 2024
Xəbər sayı: 3496199
İQNA – Avropa Şurasının İrqçiliyə Qarşı Komissiyasının dərc etdiyi hesabat 7 oktyabr 2023-cü ildən müsəlmanlara qarşı zorakılıq və ayrı-seçkiliyin artdığını göstərir.

"İQNA", "Daily Sabah" saytına istinadən xəbər verir ki, bu illik hesabatda deyilir: "Yaxın Şərqdəki müharibənin ardınca müharibə qızışdırıcıları bütün müsəlmanlara qarşı stereotiplər yaradır, onları zorakılıqla əlaqələndirir və onları günahlandırırlar. Müəyyən edilib ki, xüsusilə hicablı və ya ənənəvi geyimdə olan qız tələbələr bəzən terror və ya ekstremizmlə əlaqələndirilir".
Hesabatda həmçinin qeyd edilir ki, bəzi hallarda müsəlmanlar hətta səhiyyə xidmətlərindən istifadədə ayrı-seçkiliklə üzləşirlər.
Fransada erkən seçkilər yaxınlaşdıqca müsəlman seçicilər ifrat sağçıların qalib gələcəyi ehtimalından narahatdırlar. Çünki bu halda ilk qurbanların özləri olacaqlarını düşünürlər.
Minlərlə fransalı müsəlmanın ölkələrinə qayıtmaq qərarına gəldiyi bildirilir. Hətta bu ölkədə güclənən irqçilik və nifrət ab-havası səbəbindən Fransada doğulub böyüyən Afrika ölkələrindən olan böyük müsəlman əhali də öz vətənlərinə qayıtmağı düşünür.
Bu arada mövcud vəziyyətin əsas qurbanı müsəlman qadınlardır. Onlar daha çox sosial məhdudiyyətlərlə üzləşirlər və daha az təhsil və iş imkanlarına malikdirlər.
4222491

captcha