IQNA

İranlı rəssamın tablosu Həzrət Əlinin (ə) məqbərəsində asılacaq

2:37 - June 24, 2024
Xəbər sayı: 3496209
İQNA - İranlı rəssam Həsən Ruhul-Əminin yeni tablosu, Həzrət Əlinin (ə) məqbərəsində asılacaqdır.

Dini tədbirlər üçün rəsm çəkən iranlı rəssam Həsən Ruhul-Əmin Qədir-Xum bayramı münasibətilə “Qədir” mövzusunda yeni rəsm əsəri hazırlayıb. O rəsm Həzrət Əlinin (ə) İraqın Nəcəf şəhərindəki məqbərəsində asılacaq.
Ruhul-Əminin “Qədirdə besət” mövzusunda tərtib etdiyi rəsm əsəri də ötən il “Qədir-Xum” festivalı münasibətilə nümayiş etdirilib və Həzrət Əlinin (ə) məqbərəsində asılmışdır.

Teqlər: qədir xum ، bayram ، həzrət Əli ، tablo
captcha