IQNA

Mərakeşdə Qəzzaya dəstək üçün yenidən yüzlərlə insan küçələrə çıxıb

8:41 - June 25, 2024
Xəbər sayı: 3496211
İQNA – Mərakeşin qərbində yerləşən Məhəmmədiyyə şəhərində yüzlərlə insan İsrailin təxminən 9 aydır intensiv hücumlarına məruz qalan Qəzza zolağına dəstək nümayişi keçirib.

Ümmət Problemlərinə Dəstək Komitəsinin çağırışı ilə təşkil edilən nümayişə qatılan mərakeşlilər şəhərin əsas küçələrindən keçərək mərkəzdəki vağzalın qarşısına toplaşıblar.
Qəzzada İsrailin soyqırımına qarşı çıxan nümayişçilər Qərb ölkələrindən Təl-Əviv administrasiyasına dəstəyi dayandırmağı istəyiblər.
Əllərində Fələstin bayraqları və İsrailin hücumlarının törətdiyi dağıntıları əks etdirən fotoşəkillər daşıyan nümayişçilər “Qəzza güclüdür”, “Əqsa xalqı, qələbə və azadlığa doğru yürüş”, “Mərakeş xalqı, Əqsa tufanı ilə birlikdə” kimi şüarlar səsləndiriblər.
Xatırladaq ki, Mərakeşin bir çox şəhərində həftələrdir Qəzzaya dəstək nümayişləri keçirilir.

captcha