"İQNA", "Qahirə24" saytına istinadən xəbər verir ki, Misirin digər şəhərlərində də məscidlərdə yay Quran kursları başlayıb.
Açılış mərasimində Qurani-Kərimi və Peyğəmbəri (s) mədh edən dini ilahilər oxunub.
Misir Vəqflər Nazirliyinin müavini Şeyx Camal Əvəz ölkədə yay Quran kurslarının əhəmiyyətinə toxunaraq bildirib ki, bu tədbirlər, Vəqflər Nazirliyinin Quran kurslarının gücləndirilməsi və Qurani-Kərimin cəmiyyətdəki rolunun artırılması planının tərkib hissəsidir.
Misir Vəqflər Nazirliyi son illərdə əhəmiyyətli dərəcədə uşaqlar üçün yay Quran təhsili kursları təşkil edib.
Vəqflər Nazirliyi tərəfindən həyata keçirilən bu tədbirlərdən ən mühümləri müxtəlif Quran kurslarının təşkili, ekspert hafizlərin iştirakı ilə Quran məclisləri, qadınlar və müxtəlif qruplar üçün xüsusi Quran kursları, müxtəlif Quran yarışlarıdır.
4223108