IQNA

Qədir-Xum bayramı Tehranda böyük coşqu ilə qeyd olundu

10:59 - June 26, 2024
Xəbər sayı: 3496223
İQNA - Həm Tehranda, həm də digər şəhərlərdə Qədir-Xum bayramı münasibətilə böyük bayram tədbirləri keçirilib.

Zilhiccə ayının 18-ci günü İslam dünyasının ən böyük bayramlarından biri olan Qədir-Xum bayramıdır.
''Qədir-Xum'', müsəlmanların ən mühüm bayramlarından biridir. Tarixə və bir çox mənbələrə görə bu gündə peyğəmbərimiz Muhəmməd (s) özünə canişin seçir və tərəfdarlarının rəhbərliyini Həzrət Əliyə (ə) həvalə edir və onu Allahın əmri ilə “vəli və canişin” adlandırır.
Paytaxt Tehranda Qədir-Xum bayramı münasibətilə İmam Əli (ə) şossesindən Azadi meydanına qədər 10 kilometr məsafəni əhatə edən möhtəşəm bayram tədbiri keçirilib.

captcha