IQNA

Sionist rejimin Qəzzəyə hücumunda İsmayıl Həniyyənin bacısı şəhid olub

23:13 - June 26, 2024
Xəbər sayı: 3496224
İQNA - HƏMAS-ın siyasi ofisinin rəhbərinin bacısı sionist rejim təyyarələrinin Qəzzanın qərbindəki Əş-Şati düşərgəsinə hücumu nəticəsində şəhid olub.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, İsrail qırıcılarının Qəzza şəhərinin qərbindəki Əl-Şati düşərgəsini bombalaması nəticəsində İsmayıl Həniyyənin bacısı da daxil olmaqla 13 nəfər şəhid olub.
İsrail mediası iddia edib ki, HƏMAS hərəkatının siyasi büro rəhbərinin ailəsindən doqquz üzvü bu hücumda şəhid olub.
Sionist rejimin Qəzzəyə hücumlarının başlanğıcından bu yana onlarla İsmayıl Həniyənin övladı, nəvəsi, üzvləri və yaxınları şəhid olub.
Son bir neçə saat ərzində İsrail qırıcıları UNRWA-ya bağlı fələstinli qaçqınların yerləşdiyi ən azı iki məktəbi hədəfə alıb və bu hücumlarda onlarla insan şəhid olub və yaralanıb.
Qəzza Səhiyyə Nazirliyinin açıqladığı son statistik məlumatlara əsasən, sionist rejimin 2023-cü il oktyabrın 7-dən bu yana davam edən təcavüzünün qurbanlarının sayı 37626 şəhid, 8698 yaralıya çatıb və minlərlə insan itkin düşmüşdür.
4223216

captcha