"İQNA", Rusiyanın "Əl-Yəvm" saytına istinadən xəbər verir ki, BƏƏ Dini İşlər və Vəqflər Baş İdarəsi bu qanunun yayın sonu və oktyabrın ilk ayına qədər davam edəcəyini açıqlayıb.
Bu qərar namaz qılanların təhlükəsizliyinin təmin edilməsi və havaların isti keçməsi ilə bağlı hər hansı problemin yaranmaması baxımından qəbul edilib.
Bu addım, qanunlar qəbul etməklə insanların sağlamlığının qorunmasına xüsusi önəm verən BƏƏ hökumətinin və səlahiyyətli orqanlarının yanaşmasına uyğun olaraq həyata keçirilib.
Qərbi Asiyada artan isti dalğasının başlamasından sonra bəzi ərəb ölkələrində elektrik şəbəkələri sıradan çıxıb.
Əl-Ray Ərəb qəzetinin verdiyi xəbərə görə, Küveyt və Misirdə elektrik enerjisi kəsilməyə başlayıb və elektrik kəsilməsi cədvəlləri dərc edilib. BƏƏ və Qətər kimi ölkələrdə hökumət elektrik enerjisinin kəsilməsi xəbərlərinin yayımlanmasına icazə vermir.
4223725