"İQNA", "Əl-Dəstur" saytına istinadən xəbər verir ki, bu mərkəzlərin 60-ı oğlanlar, 92-si isə qızlar üçündür və avqustun sonuna qədər davam edəcək.
İordaniyanın Əclun vilayətinin vəqf müdiri bildirib ki, bu nazirlik, Qurani-Kərimin öyrədilməsi, onun uşaqlara və gənclərə təfsiri sahəsində müxtəlif mədəni, idman və dini fəaliyyətlər həyata keçirir.
O, həmçinin bildirib ki, bu fəaliyyətlər İordaniyada Quran alimləri nəslinin yetişdirilməsi məqsədi ilə həyata keçirilir.
İordaniya Vəqflər Nazirliyinin rəsmilərinin sözlərinə görə, bu yay Quran kurslarının keyfiyyəti bu nazirlik tərəfindən mütəmadi olaraq yoxlanılır. Eyni şəkildə, kurs müəllimlərinin hamısının qiraət, ləhn, əzbər və təcvid sahələrində lisenziyalı olduğu bildirilib.
Son illərdə İordaniya Vəqflər Nazirliyi Quran fəaliyyətini artırıb. Bu fəaliyyətlər arasında İordaniya qarilərinin beynəlxalq yarışlara göndərilməsini və yeni İordaniya müshəfinin çapa hazırlanmasını sadalaya bilərik.
4224085