"İQNA", "Əl-Dəstur" saytına istinadən xəbər verir ki, yetkinlik illərində Quranı əzbər bilən və özünü məmləkətində uşaqlara və qadınlara Quran öyrətməyə həsr edən gözdən əlil Şeyx Sabihanın həyatı CBC peyk kanalı “Qadınlar yalan danışmaz” verilişində yayımlanıb.
Şeyx Sabiha böyük fədakarlıqla bütün maneələri dəf etdi və 2008-ci ildə Quranı bütünlüklə əzbərləməyi bacardı. O, kənd uşaqları ilə Qurani-Kərimi əzbərləmək üçün məktəbə gedib və onu əzbərlədikdən sonra Qurani-Kərimi öyrətməyə başlayıb.
O, bu hərəkətini özü üçün arzularından birinin yerinə yetirilməsi bilir və Beytullahil-Hərəmi ziyarət etməyin son arzusu olduğunu qeyd edir.
4224433