IQNA

Maldiv adalarından Quran hafizi tələbələrinə maddi yardım

10:28 - July 03, 2024
Xəbər sayı: 3496266
İQNA - Maldiv Dini İşlər Naziri gələn ildən başlayaraq hər ay üç cüzdən çox Quranı müvəffəqiyyətlə əzbərləyən tələbələrə maddi yardım edəcəklərini açıqlayıb.

"İQNA", "The Edition"-a istinadən xəbər verir ki, Məhəmməd Şəhim Əli Səid 36-cı Milli Quran yarışının açılış mərasimində çıxış edərək, uşaqları Quranı əzbərləməyə təşviq etməyin vacibliyini vurğulayaraq, Quran hifzi meyarlarına cavab verən tələbələrə maliyyə yardımının başlanacağına əmin olduğunu bildirib.
Hazırda Maldiv hökuməti Quranı tam əzbərləyib Hafiz titulu alan insanlara müavinət verir. Bundan əlavə, hökumət Quranı əzbərləyən uşaqlara pulsuz Ümrə səfərləri vəd edib.
Nazirin qaldırdığı digər məsələ ölkədə Quran Mərkəzi üçün yeni binanın tikintisi ilə bağlı olub.
Əvvəlki Quran mərkəzi qədim binanın köhnəlməsi səbəbindən Kral Salman məscidinə köçürülüb. Şəhim artan tələbə sayı və məhdud sinif otaqları səbəbindən məscidin tutumundan narahatlığını ifadə edərək, Mərkəz üçün xüsusi bir obyektə ehtiyac olduğunu bildirdi.
Rəsmilər Maldiv adalarında ayrıca Quran mərkəzi yaratmaq üçün danışıqlar aparacaqlarına söz veriblər.
Milli Quran Müsabiqəsinin iştirak meyarlarında dəyişiklik edilib. Builki müsabiqədə müxtəlif məktəb və müəssisələrdən 1000-dən çox şagird iştirak edib.
Nazir bildirib ki, müsabiqənin yüksək standartlarını qorumaq üçün gələcək tədbirlərdə iştirakçıların sayının azaldılmasına ehtiyac ola bilər.
Ötən il Maldiv hökuməti Quranı əzbərləyənlərin hamısına 15 min Maldiv rufiyası və ya 9 yüz yetmiş dollar maddi yardım edildiyini açıqlamışdı. Bu büdcə “Quran 6” fondu tərəfindən təmin edilir. Bu fond İslam inancının və mədəniyyətinin təməl daşı olan Qurani-Kərimin əzbərlənməsini təşviq etmək məqsədi daşıyan təşəbbüsdür.
Maldiv Respublikası Hind okeanında bir ada ölkəsidir və paytaxtı Maledir. Bu ölkənin insanları irqi Hind-Aryan olan və Şri Lanka və Hindistan xalqlarına çatan Maldiv xalqındandır.
Ölkənin rəsmi dini İslamdır və açıq şəkildə başqa dinlərə etiqad etmək qadağandır və cinayət məsuliyyətinə cəlb edilə bilər.
1965-ci ildə Britaniya İmperiyasından müstəqillik qazanan Maldiv adaları Asiyanın ən kiçik ölkəsidir.
Ölkənin əhalisi 540 mindir və 98 faizi müsəlmandır.
4224408

captcha