IQNA

İnqilabın Ali Məqamlı Rəhbəri səsini verdi

10:03 - July 05, 2024
Xəbər sayı: 3496272
İQNA - İnqilabın Ali Məqamlı Rəhbəri 14-cü prezident seçkilərinin ikinci mərhələsinin ilk dəqiqələrində səsini verib.

"İQNA"-nın verdiyi məlumata görə, İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər, cümə günü, iyulun 5-i, səsvermənin ilk dəqiqələrində 14-cü prezident seçkilərinin ikinci mərhələsinə gedərək, İmam Xomeyni (r.ə) Hüseyniyyəsində səs verib.
Bu hadisəni çoxlu sayda yerli və xarici media müxbiri işıqlandırıb.
Qeyd edək ki, gələn ilin iyununda keçirilməsi nəzərdə tutulan 14-cü prezident seçkiləri prezident Ayətullah Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin şəhadətindən sonra, qanuna əsasən, cümə günü, iyunun 28-də keçirilib və altı namizəddən heç biri mütləq səs qazana bilmədiyi üçün seçki ikinci mərhələyə qalıb. Məsud Pezeşkian və Səid Cəlili daha çox səs topladığı üçün ikinci mərhələyə keçən iki namizəd olub.
4224665

captcha