"İQNA"-nın müxbirinin verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xamenei bu gün səhər saat 8:00-da 14-cü prezident seçkilərinin ikinci mərhələsinin əvvəlində səs verib.
İnqilab rəhbəri 110-cu qutuda səsini verdikdən sonra seçki gününü münasib gün və mühüm siyasi məsələyə görə xalqın fəallaşması günü hesab edərək dedi: İnşallah, əziz xalqımız ikinci mərhələdə daha əzmkarlıq göstərəcək və iştirak edəcək. Səslərini sandıqlara atıb ən yaxşısını seçəcəklər ki, sabah şənbə günü prezidentimiz olsun.
Həzrət Ayətullah Xamenei prezident seçkilərinin bu mərhələsində xalqın şövq və marağının artması ilə bağlı bəzi xəbərlərə toxunaraq əlavə edib: "Əgər belədirsə, sevindirici haldır və ümid edirik ki, Allah-Taala milləti müvəffəq və ölkəni abad etsin. Bu yolda zəhmət çəkənlərin hamısı Allahın lütf və mərhəmətinə şamil olsun".
4224885