"İQNA"-nın verdiyi məlumata görə, İranın seçki qərargahının sözçüsü Möhsün İslami bu gün səhər şənbə günü, iyulun 6-da səslərin hesablanmasının yekun nəticəsini açıqlayıb və deyib: "Ümumilikdə 30 milyon 530 min 157 min səs arasından namizədlərin 14-cü prezident olmaq üçün səsləri belədir:
Məsud Pezeşkian: 16 milyon 308 min 403 səs
Səid Cəlili: 13 milyon 538 min 179 səs
Beləliklə, Məsud Pezeşkian səs çoxluğunu qazanaraq xalqın prezidenti seçilib.
İslaminin verdiyi məlumata görə, seçkilərdə iştirak faizi 49,8% təşkil edib.
Qeyd edək ki, ölkə seçki qərargahının elanına əsasən, 14-cü prezident seçkilərində ölkə daxilində və xaricində 61 milyon 452 min 321 nəfərin səsvermə hüququ olub. Həmçinin ölkə üzrə seçki məntəqələrinin ümumi sayı 58 640 olub, onlardan 34 522-si şəhər, 24 118-i kənd, 43 425-i stasionar, 15 215-i isə səyyar məntəqələr idi.
Birinci mərhələdə namizədlərdən heç biri lazımi səslərin mütləq əksəriyyətini toplaya bilmədiyi üçün ən çox səs toplayan iki namizəd ikinci mərhələyə keçib.
Buna görə də, hesabata görə, Məsud Pezeşkian və Səid Cəlili arasında 14-cü prezident seçkilərinin ikinci mərhələsi cümə günü, iyulun 5-də keçirilib.
4224688