"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, 24 aydır maaşlarını ala bilmədiklərini deyən Dehlidə 200-ə yaxın məscidin imam və müəzzinləri çətinlik yaşadıqlarını dilə gətiriblər.
İmamlar aylıq 18 min rupi (təxminən 210 dollar), müəzzinlər isə 16 min rupi (təxminən 190 dollar) maaşla dolanır.
Çoxları aylıq maaşlarının gecikməsindən şikayətlənir.
Maaşların gec ödənilməməsinin qurbanlarından biri olan Qüreyş məscidinin imamı Əbdüsəttar, onların Dehli hökumətinin deyil, Dehli Vəqflər Təşkilatının nəzarəti altında olan camaat imamları olduqlarını bildirib. Həmçinin deyib ki, ata-babaları vəqf təşkilatına torpaq və mülk bağışlayıblar, ona görə də onların gəlirləri ayrılmalı və bu gəlirdən haqları olanı almalıdırlar.
Bu büdcənin hara xərcləndiyi məlum deyil.
Əbdülsəttar dedi: "Biz, on səkkiz aya yaxındır ki, bu problemlə üzləşirik və onu düzəltmək üçün bütün səylərimizə baxmayaraq, vəziyyət yaxşılaşmır. Maaşlar gecikdiyi üçün övladlarımızın təhsil xərclərini ödəyə bilmirik və borcumuz qalır".
İmam camaatlar maaşlarının BJP tərəfindən təyin olunan vali müavininin əmri ilə kəsildiyini deyir.
Hindistanın əhalisi 1,4 milyarddır ki, bunun da 18 faizini hindistanlı müsəlmanlar təşkil edir.
4224834