"İQNA", "Əl-İttihad" saytına istinadən xəbər verir ki, Kəbənin örtüyü ənənəvi olaraq hər il yeni qəməri ilin əvvəlində dəyişdirilir. Əvəzetmə prosesi 159 ustadan ibarət mütəxəssis qrupu tərəfindən həyata keçirilib. Təmir işləri zamanı köhnə örtük çıxarılır və yeni örtük qoyulur.
Səudiyyə Ərəbistanı xəbər agentliyinin verdiyi məlumata görə, Kəbənin yeni örtüyü təqribən 1350 kq ağırlığında və 14 metr hündürlüyündədir, dörd tərəfi və qapının pərdələri qaldırılaraq köhnə örtünün üzərinə bərkidilib.
Ümumilikdə 45 parçadan ibarət olan Kəbə örtüyü 850 kiloqram xalis ipək parça üzərində 120 kiloqram qızıl və 100 kiloqram motiv və xətlər üçün gümüşdən ibarətdir.
Hər il zilhiccə ayının 9-da, zəvvarların Qurban bayramında Ərəfata getdiyi ziyarət zamanı dəyişdirilən Kəbənin örtüyü indi Məhərrəm ayının 1-də dəyişdirilir.
Kəbə örtüyünün üzərində 30 ayə yazılır.
Kəbənin örtüyü Məkkədə Kral Əbdüləziz Kəbə Örtük Kompleksində 200 mütəxəssis tərəfindən səliqə ilə hazırlanır.
4225387