IQNA

Həmas lideri Haniyədən Pezeşkiana təbrik mesajı

9:39 - July 10, 2024
Xəbər sayı: 3496313
İQNA - Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiana seçkilərdə qələbəsi münasibətilə təbrik məktubu göndərib.

HƏMAS-ın verdiyi açıqlamaya görə, Haniyə İranın yeni prezidenti seçilən Məsud Pezeşkianı təbrik edib və ona vəzifəsində uğurlar arzulayıb.
Haniyənin mesajında, “Fələstin xalqı və müqavimətinin tarixin ən şərəfli döyüşlərindən biri olan Əqsa tufanına girdiyi bir mühitdə təbrik mesajı göndəririk. Xalqımız Qəzza zolağında beynəlxalq qanunları və razılaşmaları pozan nasist-sionist düşmən tərəfindən soyqırım və amansız cinayətlərə məruz qalıb. Sionistlər hətta İordan çayının qərb sahilində, Qüdsdə və 1948-ci ildə işğal olunmuş ərazilərdə Fələstin xalqına qarşı vəhşi və terror cinayətlərini gücləndiriblər”.
Mesajda deyilir: “Həmas və xalqımız İrana xidmət etmək və onun problemlərini aradan qaldırmaq üçün sizə güvənir. İran İslam Respublikası və xalqının həmişə bu mövqedən çıxış etdiyinə görə, ümmətin əsas işi və Fələstin xalqına dəstək olan İslam birliyini müdafiə edəcəyinə əminik”.

captcha