IQNA

Mahatir Məhəmməd müsəlmanları birliyə dəvət etdi

10:30 - July 11, 2024
Xəbər sayı: 3496317
İQNA – Malayziyanın keçmiş baş naziri müsəlmanları birləşməyə çağırıb və Qərbin Qəzza müharibəsinə münasibətini tənqid edib.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Malayziyanın keçmiş baş naziri İslam dünyası ölkələrini öz maraqlarına xidmət etmək, dünyada sülh və sabitliyə dəstək olmaq üçün bir-biri ilə birləşməyə çağırıb.
Malayziyanın keçmiş baş naziri Mahatir Məhəmməd İngiltərədə bir qrup müsəlman lider və fəalın da iştirak etdiyi xüsusi iclasda bəyan edib ki, müsəlmanlar birləşsə, fələstinlilər yox olmayacaq.
Məhəmməd bildirib ki, Amerika və Qərbin sionist rejimə dəstəyi Qərbin bütün tarixi boyu müdafiə etdiyi bütün demokratik dəyərlər və insan haqları ilə ziddiyyət təşkil edir.
Malayziyanın keçmiş baş naziri sünnilərin Fələstini, şiələrin isə müqaviməti dəstəklədiyini söyləməyin doğru olmadığını bəyan edərək, müsəlmanların birləşməli olduğunu və onları birləşdirən şeyin aralarındakı fikir ayrılıqlarından qat-qat artıq olduğunu bildirib.
4225913

captcha