IQNA

BMT: "Qəzzada UNRWA məktəblərinin üçdə ikisi vurulub"

3:52 - July 13, 2024
Xəbər sayı: 3496323
İQNA – Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən hücumları başladığı gündən Qəzzada məktəblərin üçdə ikisinin hədəfə alındığını açıqlayıb.

X sosial media platformasında verdiyi açıqlamada Lazzarini 7 oktyabr 2023-cü ildən Qəzzada hədəf alınan UNRWA məktəbləri haqqında məlumat verib.
İsrailin son 4 gündə köçkün fələstinlilərin sığındığı 4 məktəbə hücumuna işarə edən Lazzarini, "Beynəlxalq humanitar hüquqa açıq-aşkar etinasızlıq normal ola bilməz" dedi.
Lazzarini bildirib ki, İsrailin hücumları başladığı gündən Qəzza zolağında UNRWA məktəblərinin üçdə ikisi vurulub, bəziləri partladılıb, bəziləri isə ciddi ziyan görüb.
Qəzzada məktəblərin təhlükəsiz təhsil ocaqları və uşaqlara ümid aşılayan yerlərdən daha çox, “sığınacaq mərkəzlərinə” çevrildiyini vurğulayan Lazzarini Qəzzanın uşaqlar üçün bir yer olmadığını qeyd edib.
O, açıqlamasında “Sonsuz qətllər, dağıntılar və ümidsizlik 9 aydır ki, gözümüzün qabağında davam edir. Lazzarini bu bəyanatla çıxış edərək dərhal atəşkəsə çağırıb.
Qeyd edək ki, Qəzzada UNRWA-ya aid 183 məktəb var idi.

captcha