"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, iyulun 12-də keçirilən nümayişdə etirazçılar Fələstin və İslami müqavimət hərəkatının bayraqlarını dalğalandıraraq müqavimət və Əqsa tufanı əməliyyatını dəstəkləyən şüarlar səsləndiriblər.
Bundan əlavə, nümayişçilər “Həmasın terrorçu olduğunu deyirlər, lakin bütün İordaniya HƏMAS-ı dəstəkləyir” kimi şüarlar səsləndiriblər.
Ərbəd şəhəri cümə namazından sonra sionist rejimin Qəzzəyə təcavüzünü pisləyən və Fələstin müqavimətinə dəstək verən genişmiqyaslı nümayişlərin şahidi olub.
İordaniya şəhərlərində Qəzzanın işğalı başlayandan bəri davamlı nümayişlər keçirilir. Etirazçılar dəfələrlə sionist rejim və ABŞ səfirlikləri qarşısında nümayiş keçiriblər.
Qəzzaya hücumlar və dinc əhalinin öldürülməsi hələ də davam edir. Bu da humanitar fəlakətin və aclığın gündən-günə artmasına səbəb olur.
Yerli mənbələr işğalçı rejimin təyyarələri və artilleriyasının cümə günü Qəzzanın müxtəlif hissələrini və qaçqın düşərgələrini hədəf aldığını, nəticədə onlarla şəhid və yaralının olduğunu açıqlayıb.
4226421