Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi bəyanatda sionist rejimin 283 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verilib.
Müvafiq olaraq, son 24 saat ərzində sionist rejim ordusunun Qəzzənin müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 80 nəfər şəhid olub, 216 nəfər isə yaralanıb.
Son 10 gündə sionist rejim ordusunun Qəzzəyə hücumlarında 584 nəfər şəhid olub.
Sionist rejimin 2023-cü il oktyabrın 7-dən Qəzzəyə həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 38 min 664-ə, yaralıların sayı isə 89 min 97-yə yüksəlib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.