IQNA

İngiltərənin Lester şəhərində Məhərrəmlik yürüşü keçirilir

9:44 - July 17, 2024
Xəbər sayı: 3496353
İQNA - Bazar günü İngiltərənin Lester şəhərinin şiələri İmam Hüseynin (ə) qiyamının məqsəd və dəyərlərini xatırlamaq üçün bu şəhərin küçələrində Məhərrəmlik yürüşü keçiriblər.

"İQNA"-nın Leicester Mercury-yə istinadən verdiyi məlumata görə, bu illik yürüşü Xoca İsnaəşəri Şiə Xeyriyyə Dərnəyi təşkil edib.
Dərnəyin rəsmilərindən Əli Abbas Rəcani deyib: "Bu mərasim İmam Hüseynin (ə) qiyamını xatırlamaq və onun şəhadəti ilə öyrətdiyi dəyərləri dünyaya tanıtmaq üçün bir hərəkatdır".
 O, həmçinin dedi: "Biz inanırıq ki, İmam Hüseyn (ə) hamı üçün ilham verən şəxsiyyətdir".
Rəcani əlavə etdi: "Əgər kimsə İmam Hüseynin (ə) həyatından ilham alıb kiçik bir iş görsə, məsələn, insanların haqqını müdafiə etsə, zülmə qarşı dursa, yoxsullara kömək etsə, yetimlərə qayğı göstərsə və ya başqalarına sevgi və mehribanlıq etsə, biz bunu (İmam Hüseynin (ə) təlimlərini yaymaqda) böyük uğur hesab edirik".
O, sözlərinə belə davam etdi: “Hər ölkədə və hər zaman, hər bir millət və etnik qrup üçün İmam Hüseynin (ə) həyat və şəhadət hekayəsi insanları zülmdən xəbərdar olmağa, ona qarşı danışmaq və əməl etmək üçün kiçik addımlar atmağa ruhlandırır və sövq edir.
Təxminən otuz ildir Lesterdə hər il keçirilən Məhərrəmlik yürüşü 2019-cu ildə Covid-19 xəstəliyinin yayılması səbəbindən ləğv edilmiş və bu il korono epidemiyası səngidikdən sonra ilk dəfə təşkil edilmişdir.
4226914

captcha