IQNA

İslam İnqilabı Rəhbərinin iştirakı ilə Şami-Qəriban mərasimi keçirilib

10:23 - July 18, 2024
Xəbər sayı: 3496362
İQNA – Şami-Qəriban qəriblərin gecəsi mənasını verən bir ifadədir.

"İQNA", İslam İnqilabının ofisinin verdiyi məlumata istinadən xəbər verir ki, Şami-Qəriban əzadarlığı mərasimi İslam İnqilabının rəhbəri və İmam Hüseynin (ə) əzadarlarından bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində baş tutub.
Əzadarlıq və qəriblər gecəsi olan Şami-Qəriban gecəsində İmam Hüseyn (ə) və Əhli-beyt tərəfdarları İslam İnqilabının Rəhbərinin hüzurunda İmam Xomeyni (r.ə) hüseyniyyəsində bir araya gələrək əzadarlıq mərasimi keçiriblər.
Mərasimdə Höccətül-İslam vəl-müslimin Cavad Muhamməd Zamani çıxış etdi. Sonra Mehdi Səmavati təvəssül duası oxudu. Mehdi Sələhşur mərsiyələr oxudu.
4227103

captcha