IQNA

Mərakeşdə məscidlər üçün yeni məhdudiyyətlər qəbul edilib

15:34 - July 19, 2024
Xəbər sayı: 3496363
İQNA – Mərakeşdə səlahiyyətlilər ölkənin məscid imamlarını hökumətin verdiyi tək xütbəni oxumağa məcbur edib.

"İQNA", "Vətən" saytına istinadən xəbər verir ki, Mərakeş kralının tələbi ilə bütün ölkə üzrə məscid imamları minbərdə dinləyicilərinə tək xütbə oxumalı olublar.
Bu qərar sionist rejimlə münasibətlərin normallaşmasına qarşı etiraz aksiyaları təşkil edənlərlə mübarizə məqsədilə qəbul edilib.
Mərakeşli etirazçılar ölkə hakimiyyətinin sionist rejimlə münasibətləri normallaşdırmada olan irəliləyişi pisləyiblər.
Məscid imamlarından bəziləri Mərakeş hakimiyyətinin bu qərarına etiraz ediblər.
Bununla bağlı Tangier şəhərindəki Əl-Minbər məscidinin imamı bu qərara etiraz etdiyi üçün vəzifəsindən azad edilib.
Son aylar Mərakeş şəhərləri oktyabrın 7-dən sionist rejimin hücumlarına məruz qalan Qəzza ilə demək olar ki, hər gün həmrəylik nümayişlərinin şahidi olublar.
Nümayişlərdə iştirak edənlər Təl-Əvivlə əlaqələri kəsməyi, müharibəni dayandırmağı və yardım göstərməyi tələb edirlər.
ABŞ-ın vasitəçiliyi ilə Mərakeş və sionist rejim 2022-ci ilin dekabrında diplomatik əlaqələri bərpa edib. Bu aksiya Mərakeş ictimai və siyasi qruplarının etirazı ilə üzləşdi.
Bu razılaşmadan sonra sionist rejimin yüksək vəzifəli şəxsləri Rabata getdilər. Lakin Qəzza müharibəsinin başlaması ilə bu fəaliyyətlər dayandırıldı.
4226803

captcha