IQNA

Balkanlarda Quran hifzi toplantıları keçirilir

10:29 - July 20, 2024
Xəbər sayı: 3496365
İQNA - Küveyt Turas Xeyriyyə Dərnəyi Balkan ölkələrində Quran hifzi toplantılarının keçirildiyini bildirib.

"İQNA", "Əl-Cəridə" saytına istinadən xəbər verir ki, sözügedən xeyriyyə dərnəyi Quranı düzgün ton və qiraətlə öyrətmək üçün Balkan ölkələrində Quran hifzi toplantılarına dəstək vermək planını başlatdığını açıqlayıb.
Dərnək bu layihənin Küveyt Turas Xeyriyyə Dərnəyinin proqramlarının bir hissəsi olduğunu və hər bir şəxsin bu layihəyə ən azı 10 Küveyt dinarı töhfə verə biləcəyini açıqladı.
Həmçinin bildirilir ki, dərnək yarandığı gündən Quran hifzi mərkəzləri, məscid tikintiləri və İslami layihələrin idarə olunmasında böyük səylər göstərib. Qeyd olunub ki, Qurana xidmət etmək üçün Küveyt daxilində və onun hüdudlarından kənarda Qurani-Kərimin tədrisi üçün mərkəzlər, institutlar və kolleclər yaratmaq və onlara dəstək olmağa xatir fəaliyyət göstərib.
Dərnək həmçinin bildirib ki, Qurani-Kərimin bir milyondan çox nüsxəsini çap edib müxtəlif dillərə tərcümə etməklə yanaşı, Quran elmləri sahəsində də fəaliyyət göstərir.
Dərnək Küveytin və İslam dünyasının ən mühüm xeyriyyə qurumlarından biridir və səylərinin çoxunu İslam irsinin dirçəldilməsi və təbliği istiqamətində, xüsusilə də Quran fəaliyyətləri sahəsində sərf edir.
4227341

captcha