Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada İsrailin Qəzza zolağına hücumları ilə bağlı son məlumatlar yer alıb.
Açıqlamaya görə, İsrail ordusu Qəzzada 285 "soyqırım" hücumu həyata keçirib və 3408 qətliam törədib.
İsrailin oktyabrın 7-dən bu yana Qəzzada davam edən hücumlarının vurduğu dağıntıların ümumi dəyəri 33 milyard dollara çatıb.
İsrailin 7 oktyabrdan bu yana Qəzzaya təşkil etdiyi hücumlarda 38 min 848 nəfər şəhid olub, 89 min 459 nəfər yaralanıb. 10 min insan hələ də itkin düşüb. Hücumlarda həyatını itirənlərin 16 min 172-si uşaq, 10 min 798-i qadındır.
Həyatını itirən uşaqlar və qadınlar ümumi ölüm sayının 70 faizini təşkil edir. Hücumlardan əlavə, İsrail ordusunun humanitar yardımın bölgəyə girməsinə icazə verməməsi nəticəsində 34 nəfər aclıqdan ölüb.
Hücumlarda 500 səhiyyə işçisi, 79 Mülki Müdafiə zabiti və 160 jurnalist həyatını itirib.