"İQNA", "Misr Press"-ə istinadən xəbər verir ki, Misir müftisi və dünyadakı bütün fətva şuralarının katibliyinin rəhbəri Şövqi Əllam televiziyaya verdiyi müsahibədə elm və dinin əlaqəsi məsələsini müzakirə edib.
O, Qurani-Kərimin və sünnənin elmi nəzəriyyələrlə uyğunlaşdırılması ilə bağlı “elmi möcüzələr” mövzusuna aid sualın cavabında dedi: "Qurani-Kərimin və Peyğəmbər (s) sünnəsinin müqəddəsliyi qorunmalıdır və onu elmi nəzəriyyələrlə uyğunlaşdırmaqdan imtina etmək lazımdır, çünki bu nəzəriyyələr tədqiqat mərhələsindədir və yəqinlik dərəcəsinə çatmayıb".
İslamda elm və dinin qədim əlaqəsi olduğunu və şəriət mətnlərinin mənalarını başa düşmək üçün müxtəlif elmlərdə ağlın tətbiqini tələb etdiyini bildirən Əllam dedi: "Tarixdə bir çox İslam alimləri öz biliklərini təkcə şəriət elmləri ilə məhdudlaşdırmayıb. Tarixdə bir çox İslam alimləri öz biliklərini təkcə İslam elmləri ilə məhdudlaşdırmamış, həm də tibb, fizika, kimya, riyaziyyat və digər elmlər kimi ümumbəşəri elmləri tədqiq etmişlər və tarix də buna sübutdur".
Onun sözlərinə görə, Peyğəmbər (s) həmişə alimləri tərifləmişdir. Alimlərin məqamı ilə bağlı günümüzə qədər gəlib çatmış hədislər sübut edir ki, İslam dini bizə həyatın bütün sahələrində araşdırma aparmağı vacib edib və din alimləri belə bir səyi vacib-kifai hesab ediblər
Şövqi Əllamın fikrincə, İslamda təcrübi elmləri öyrənmək tövsiyə olunur və buna görə də tarixdə təcrübi elmlər sahəsində həkim, kimyagər və ya nəzəriyyəçi olan çoxlu fəqihlər olub.
4227569