"İQNA"-nın Türkiyə xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin şimal-qərbində yerləşən Qocaeli vilayətində Qurani-Kərimi əzbərləyən uşaqların yeni qrupunun buraxılış mərasimi Türkiyə Dini Qurumunun rəhbəri Əli Ərbaşın iştirakı ilə keçirilib.
Son illərdə Türkiyə Diyanət Təşkilatı bu ölkədə Quran fəaliyyətini artırmaq üçün geniş proqramlar həyata keçirib.
Bu fəaliyyətlərdən ən mühümləri Qurani-Kərimin əzbərlənməsi və qiraəti üzrə müxtəlif təlim kurslarının formalaşdırılması, xüsusilə mübarək Ramazan ayında Qurani-Kərim tədbirlərinin keçirilməsi, Türkiyədə və digər ölkələrdə Qurani-Kərimin çapı və yayılması, Quran xəttatlığı və Quran yazmaq üçün müsabiqələrin keçirilməsi olmuşdur.
4227862