IQNA

Pezeşkianın andiçmə mərasimi iyulun 30-da keçiriləcək

10:43 - July 24, 2024
Xəbər sayı: 3496392
İQNA – İranın prezidenti seçilən Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da İslami Şura Məclisində keçiriləcək.

İran Parlamenti İcraiyyə Şurasının sözçüsü Əlirza Səlimi, Məsud Pezeşkianın andiçmə mərasiminin tarixinin müəyyən edildiyini bildirərək, “Planlara görə, prezident Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da günortadan sonra keçiriləcək” dedi.
Səlimi həmçinin bildirib ki, çərşənbə axşamı səhər İslam Şurası Məclisinin deputatları prezidentin andiçmə mərasiminin qonağı olan xarici nümayəndə heyətləri və rəsmiləri qarşılayacaqlar.
Xatırladaq ki, Məsud Pezeşkian iyulun 5-də keçirilən prezident seçkilərində qalib gələrək İranın yeni prezidenti seçilib.

captcha