IQNA

Fələstinli idmançılar İsrailin 2024-cü il Olimpiadasından kənarlaşdırılmasını istəyirlər

10:53 - July 26, 2024
Xəbər sayı: 3496403
İQNA – Beynəlxalq Olimpiya Komitəsinə (BOK) yazdığı məktubda Fələstin Olimpiya Komitəsi İsrail idmançılarının 2024-cü il Paris Olimpiadasında iştirakına qadağa qoyulmasını istəyib.

İsrail idmançılarının Paris Olimpiadasında iştirakının Qəzzada törədilən qətliamları qanuniləşdirəcəyi bildirildi və belə bir bəyanat verildi: "Sionist rejim qrupunun olimpiadada iştirakı və onların xüsusi mühafizəsi uşaq qatillərini qanuniləşdirmək deməkdir".
Məktubda "təxminən 400 fələstinli idmançının öldürüldüyü” qeyd edilib və idman obyektlərinin dağıdılmasının onsuz da ciddi məhdudiyyətlər altında olan Fələstin idmançılarının vəziyyətini daha da pisləşdirdiyi" bildirilib.
Bu mesaj Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FIFA) və onun prezidenti Canni İnfantinoya da göndərilib. Çünki Paris Olimpiadasında İsrailin kişilərdən ibarət futbol yığması da iştirak edəcək.
BOK prezidenti Tomas Bax bundan əvvəl İsrailin gələn cümə günü başlayacaq Paris Olimpiadasında iştirakının təhlükəli olmadığını bildirib.
4228137

Teqlər: paris ، olimpiyada ، israil ، fələstin
captcha