ABŞ prezidenti Bayden Netanyahunu Ağ Evdə qəbul edərkən, Ağ Ev qarşısındakı bir çox nümayişçi iki tərəfin Qəzza siyasətinə reaksiya verib.
Polisin geniş təhlükəsizlik tədbirləri gördüyü Ağ Evin ətrafındakı bir çox yol bağlanarkən, Ağ Evin düz qarşısındakı və tez-tez nümayişlərə icazə verilən Lafayette Parkı da bu gün polis tərəfindən bağlanıb.
"AA" xəbər verir ki, yüzlərlə nümayişçi Lafayette parkının kənarındakı əraziyə toplaşaraq Netanyahu və Bayden əleyhinə şüarlar səsləndirərək Qəzzada dərhal atəşkəs çağırışı ediblər.
Əllərində tutduqları pankartlarla Netanyahunu "soyqırımçı" adlandıran nümayişçilər "İsrailin Qəzzada soyqırımını dayandırın" yazılı böyük pankart açıblar.
“Netanyahu müharibə cinayətkarıdır” yazılmış plakatlar daşıyan bəzi yəhudi qruplarının da iştirak etdiyi nümayiş Bayden və Netanyahunun Ağ Evdəki görüşü zamanı da davam edib.
ABŞ Konqresində çıxış edən Netanyahuya qarşı böyük etiraz aksiyası keçirilib və minlərlə insan Ağ Evlə Konqres arasında əsas keçid olan Pensilvaniya prospektində geniş iştirakla böyük nümayiş təşkil edib.