IQNA

Məsud Pezeşkian İran İslam Respublikasının prezidenti təyin edildi

17:25 - July 28, 2024
Xəbər sayı: 3496418
İQNA - İranda prezident seçkilərində qalib gələn Məsud Pezeşkian seçki şəhadətnaməsini İslam İnqilabının Rəhbəri Ayətullah Xameneidən alıb.

İranın paytaxtı Tehranda İmam Xomeyni (r.ə) Hüseyniyyəsində təşkil edilən məclisdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə yanaşı, İran prezidentinin müavini Məhəmməd Muhbir, parlamentin sədri Məhəmməd Baqir Qalibaf, Məhkəmə Sisteminin rəhbəri Qulamhüseyn Muhsin Ejei, keçmiş prezident Həsən Ruhani və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Mərasimdə daxili işlər naziri Əhməd Vahidi 14-cü prezident seçkiləri ilə bağlı hesabatı təqdim etdikdən sonra Ayətullah Xamenei Pezeşkianın prezidentliyini təsdiq edib və ona vəsiqəni təqdim edib.
İyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkian ümumilikdə 30 milyon 530 min 157 səsdən 16 milyon 384 min 403 səslə İranın 9-cu prezidenti seçilib.

captcha