IQNA

Türkiyə: "Netanyahunun da sonu Hitlerin sonu kimi olacaq"

11:08 - July 29, 2024
Xəbər sayı: 3496421
İQNA – Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada deyilir: "Soyqırım edən Netanyahunun da sonu soyqırım edən Hitlerin sonu kimi olacaq".

"TRT Xəbər"-in verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında yer alan paylaşımında “Soyqırım törədən nasistlər hesaba çəkildiyi kimi, fələstinliləri məhv etməyə çalışanlar da cavab verəcəklər” ifadəsi yer alıb.
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı belədir:
"Soyqırım edən Netanyahunun da sonu soyqırım edən Hitlerin sonu kimi olacaq. Soyqırım törədən nasistlər necə cavab veriblərsə, fələstinliləri məhv etməyə çalışanlar da cavab verəcəklər. Bəşəriyyət fələstinlilərin yanında olacaq. Siz fələstinliləri məhv edə bilməyəcəksiniz".

captcha