IQNA

4:15 - July 30, 2024
Xəbər sayı: 3496432

Olimpiadanın açılışında dinlərin təhqir edilməsinə Əl-Əzhərin reaksiyası

İQNA - Misirin Əl-Əzhər telekanalı, Paris Olimpiadasının açılışında Son Şam yeməyi rəsminin ələ salınmasına işarə edərək verdiyi açıqlamada, ilahi peyğəmbərləri hər hansı bəhanə ilə təhqir etmənin pisləndiyini açıqladı.

Olimpiadanın açılışında dinlərin təhqir edilməsinə Əl-Əzhərin reaksiyası

"İQNA", "Rəyul-Yəvm"-ə istinadən xəbər verir ki, Misirin Əl-Əzhər telekanalı Paris Olimpiya Oyunlarının açılışında Məsihi təhqir edən səhnələri pisləyən bəyanat yayıb.
Bu bəyanatın davamında deyilir: "Biz Allahın heç bir peyğəmbərini təhqir etməyi qəbul etmirik və dinləri təhqir etməyi normallaşdırmaq üçün qlobal hadisələrdən sui-istifadə etmək təhlükəsindən xəbərdar edirik".
Əl-Əzhər elan etdi: "Bu mərasim həyasızcasına ilahi peyğəmbərlərdən biri olan İsa Məsihi (ə) məsxərəyə qoymuş, möminlərin dinlərdə, əxlaqda və yüksək insani dəyərlərdə hisslərinə hörmətsizlik etmişdir".
4228846

Teqlər: misir ، Əl Əzhər ، olimpiyada ، paris
captcha