İran prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehranda sui-qəsd nəticəsində şəhid olan Həmas Siyasi Bürosunun sədri İsmayıl Həniyyə üçün dəfn mərasimi keçirilib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədian Tehranda şəhid İsmayıl Həniyyə üçün keçirilən dəfn mərasimində çıxış edərək, müqavimət cəbhəsinin Şəhid Həniyyənin qisasını mütləq alacağını və İran İslam Respublikasının bu sahədə mütləq ciddi iştirakı olacağını vurğulayıb.
İran prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehranda sui-qəsd nəticəsində şəhid olan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyyə üçün ictimaiyyətin izdihamlı iştirakı ilə dəfn mərasimi keçirilib.
İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranda sui-qəsd nəticəsində şəhid olan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyyəyə cənazə namazı qılıb.
Şəhid Həniyyənin dəfn mərasimində çıxış edən İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf deyib: "Sionist rejim etdiklərinin əvəzini ağır ödəyəcək".
Qalibaf həmçinin deyib: "Sionist rejimin törətdiyi bütün terror aktları Qəzza müharibəsində aldığı məğlubiyyətdən qaynaqlanır".
Tehranda şəhid Həniyyənin dəfn mərasimində İran xalqı İsrail və ABŞ əleyhinə şüarlar səsləndirib.
Şəhid Həniyyə kimdir?
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə 1963-cü ildə Qəzza zolağındakı Əlşati qaçqın düşərgəsində anadan olub.
İbtidai və orta təhsilini Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən maliyyələşdirilən Fələstin düşərgələrində açılan məktəblərdə başa vurub. O, orta məktəb illərində Müsəlman Qardaşlar Hərəkatına qoşulub. Bundan əlavə, o, İslamçı Tələbələr Dərnəyində siyasi işlər də həyata keçirib. İslam Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsini bitirib. 1987-ci ildə işinə görə həbsə məhkum edilib.
1992-ci ildə o, 415 HƏMAS üzvü ilə birlikdə Cənubi Livana sürgün edilib. 2001-ci ildə azadlığa çıxandan sonra ölkəsinə qayıdıb. Bu müddət ərzində o, İntifada Koordinasiya Komitəsində Həmas təmsilçisi təyin edilib.
O, 2 iyun 2014-cü ildən 2017-ci ilin 13 fevralına qədər Qəzza zolağı administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Həniyyə 2017-ci il mayın 6-da HƏMAS-ın Şurası tərəfindən Xalid Məşəli əvəz edərək HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilib.
Ötən gün İran prezidentinin andiçmə mərasimi üçün Tehrana gələn İsmayıl Həniyyə Tehrandakı iqamətgahına edilən terror aktı nəticəsində şəhid olub.