IQNA

Dohada İsmail Haniyəyə cənazə namazı qılınıb

11:55 - August 03, 2024
Xəbər sayı: 3496455
İQNA - HƏMAS hərəkatının Dohadakı siyasi ofisinin rəhbəri, şəhid Mücahid İsmayıl Həniyyənin cənazəsi üzərində on minlərlə insanın iştirakı ilə cənazə namazı qılınıb.

"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, Həniyyənin cənazə namazını Dohadakı İmam Məhəmməd ibn Əbdül-Vəhhab məscidində HƏMAS-ın siyasi ofisinin rəis müavini Xəlil Əl-Hiya qılıb.
Bu mərasimdə Qətər əmiri Təmim ibn Həmd Ali Sani, Qətərin keçmiş əmiri Həmd ibn Xəlifə Ali Sani, bu ölkənin baş naziri Məhəmməd ibn Əbdülrəhman Ali Sani və müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri, müxtəlif xalqların və Fələstin qruplarının nümayəndələri iştirak ediblər.
İmam Məhəmməd ibn Əbdül-Vəhhab məscidinin cümə xətibi Şeyx Məhəmməd Həsən Əl-Mərixi bu mərasimdə çıxış edərkən şəhid Həniyyə üçün Uca Allahdan rəhmət diləyib və deyib: "Fələstin məsələsi fələstinlilərin indiyədək misilsiz fədakarlıqlar göstərməsinə baxmayaraq, öz sıralarını birləşdirən bütün müsəlmanların məsələsidir".
Əl-Cəzirə telekanalının Dohadakı müxbiri bildirib ki, şəhid Həniyyənin dəfn mərasimi ailəsinin istəyi ilə, az sayda ailə üzvləri və yaxınlarının iştirakı ilə keçiriləcək.
Xatırladaq ki, HƏMAS-ın siyasi ofisinin rəhbərinin cənazəsi üzərində İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei tərəfindən cənazə namazı qılınıb.
4229664

captcha