"İQNA", "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, sionist rejim polisi Məscidül-Əqsa xətibinin həbsindən bir neçə saat sonra onu azad edib. Onun sürgün müddətinin 6 aya qədər uzadılması ehtimalı ilə bazar gününə qədər Məscidül-Əqsadan çıxarılmasına qərar verilib.
Cümə günü axşam saatlarında işğalçı hakimiyyət Əl-Əqsa məscidinin xətibi İkrəmə Səbrini bir neçə saatlıq həbsdən sonra Məscidül-Əqsadan çıxarılmaq şərti ilə azad edib.
Vəkil Xalid Zəbarqa mətbuata açıqlamasında deyib: "İşğalçı Qüds polisi Şeyx Səbrinin azadlığa buraxılması əmri verib və eyni zamanda onun Məscidül-Əqsadan bazar gününə qədər çıxarılması üçün inzibati əmr verib və bu müddət 6 ay müddətinə uzadıla bilər".
HƏMAS-ın siyasi ofisinin üzvü İzzət Ər-Rəşq işğalçı polisin Şeyx Səbrini Məscidül-Əqsadan uzaqlaşdırmaq qərarına Həmas hərəkatının kəskin etirazını ifadə edib və bu qərarı Məscidül-Əqsanın işlərinə açıq-aşkar müdaxilə və ibadət azadlığının pozulması və məhdudlaşdırılması kimi qiymətləndirib.
Fələstin xalqı arasında ən mühüm din xadimlərindən biri kimi Şeyx İkrəmə Səbriyə qarşı törədilən təxribatları nəzərə alaraq, Əl-Rəşq, Şeyx İkrəmənin təhlükəsizliyinə tam cavabdehliyi işğalçıların boynunda olduğunu bildirib.
Şeyx İkrəmə Səbrinin vəkili Həmzə Qutinə deyib: "Məscidül-Əqsa xətibi Qüds şəhərinin Əl-Svanə məhəlləsində İsrail əsgərləri tərəfindən evinin mühasirəyə alınmasından sonra həbs edilib".
Bundan əvvəl sionist televiziya kanalı 7 xəbər vermişdi ki, İsrailin daxili işlər naziri Şeyx İkramə Səbrinin Məscidül-Əqsada İsmayıl Həniyyənin ruhuna dualar oxuduğu üçün onun orada qalmasını ləğv etmək istəyir. Həmçinin sionist dairələrdə ona qarşı təxribatçı mövqelər qaldırılıb və Knessetin bəzi üzvləri Həniyyənin dəfn mərasimi ilə bağlı çıxışından sonra Məscidül-Əqsa imamının həbsini, şəxsiyyətini təsdiq edən sənədlərinin müsadirə edilməsini və vətəndaşlığından məhrum edilməsini tələb ediblər.