"İQNA", "Əl-Xəliç" saytına istinadən xəbər verir ki, Yəməndə İsmayıl Həniyyənin xatirəsinə Quran hifzi və dini elmlər mərkəzini bitirmiş 721 Quran hafizinin məzuniyyət mərasimi keçirilib.
İsmayıl Həniyyənin şəhadətindən sonra bu mərasimin təşkilatçıları bu Quran kursuna həmin şəhidin adının verilməsinə qərar verdilər.
Əhalinin böyük marağına səbəb olan Quran hafizlərini təqdir etmə mərasiminə bir çox rəsmi şəxslər qatılıb.
Kursun təşkilatçılarından Nəsr Əbdülqəni Mütəhhər çıxışında məzunlara Quran əxlaqı ilə bəzədilməyi, dürüstlük, təqva və liderlikdə örnək olmağı tövsiyə etdi.
4230162
4230162