IQNA

İlahi peyğəmbərlərlə tanışlıq 4

Yeremya

10:40 - August 06, 2024
Xəbər sayı: 3496481
İQNA - Hilqiya oğlu Həzrət Yeremya eramızdan əvvəl 6-7-ci əsrlərdə Bəni-İsrailin böyük peyğəmbərlərindən biri olub, adı Quranda açıq-aydın zikr edilməsə də, təfsir və rəvayət mənbələrində bəzi Quran ayələrinin altında qeyd olunur.

Hilqiya oğlu Həzrət Yeremya eramızdan əvvəl 6-7-ci əsrlərdə Bəni-İsrailin böyük peyğəmbərlərindən biri olub, adı Quranda açıq-aydın zikr edilməsə də, təfsir və rəvayət mənbələrində bəzi Quran ayələrinin altında qeyd olunur. Bu peyğəmbərin ibrani dilində əsl adı Prim Yahu-dur, yəni Yəhova bağışlayar. Bu ad İslam mənbələrində Ərmiya, Urmiya, Uvərmiya və Yərmya kimi keçir. Bəziləri onu yüz ildən sonra dirilən Üzeyr peyğəmbər olduğunu bildiriblər. Bir rəvayətdə deyilir ki, Yeremya Calutun dövründə olan həmin peyğəmbər idi ki, camaat ondan özlərinə padşah təyin etməsini istədi və o da Allahın əmri ilə Talutu seçdi. Bəziləri Zərdüştün Yeremyanın şagirdlərindən birinin şagirdi və ya xidmətçisi olduğunu deyirlər.
Yeremya təxminən eramızın 645-ci ilində Qüdsün şimal-şərqində yerləşən Ananot və ya Qanautda ruhani ailəsində anadan olub. Onun atası Anatot sinaqoqunun xidmətçilərindən biri və Davudun dövründə və eramızın 590-cı illərində seçilmiş keşiş idi. Şəhərdə (Dəftədə) yəhudilər tərəfindən şəhid edildi. Yeremyanın gördüyü xidmətlərdən biri Misirin Bəxtən-Nəsr tərəfindən məhv edilməsindən sonra onu abadlaşdırmasıdır.
Allah Yeremyanı padşahı və bütün Bəni-israili hidayət etmək üçün göndərdi. Əvvəlcə bu məsuliyyəti yerinə yetirə bilmədiyini görür və Allahdan kömək diləyir. Allah Öz sonsuz qüdrətindən, üzərinə düşən məsuliyyəti yerinə yetirərməkdə ona dəstək və yardımçı olmağından bəhs edir. Həmçinin deyilir ki, xalqın əxlaqi pozğunluğu, hökmdarların zülm və laqeydliyi, siyasi zəifliyi üzündən Yeremya xalqa nəsihət vermək üçün hər zaman, məkan və fürsətdən istifadə edib. Həmçinin Bəxtən-Nəsrin işğalı, Qüdsün dağıdılması, onu Babilin muzdlusu olmaqda və ölkəyə xəyanət etməkdə ittiham edirlər. Onun yalançı kahinlər və peyğəmbərlər tərəfindən təqiblərə məruz qaldığı və öldürüldüyü haqqında da məlumat verilir.

captcha