"İQNA", "Arab Post"-a istinadən xəbər verir ki, Britaniyanın "Guardian" qəzeti ötən həftə ifrat sağçı fəaliyyətlərin artmasının müsəlmanlara qarşı zorakılıq və qətl kimi təhdidlərin 5 dəfə artdığını göstərdiyini bildirib.
Müsəlmanlara qarşı nifrət cinayəti ilə bağlı şikayətləri izləyən monitorinq qrupu “Tell Mama” son hesabatında müsəlmanların artan qorxusunun ifrat sağçı fəaliyyətlərlə birbaşa əlaqəli olduğunu bildirib.
Britaniya təşkilatı Southport, Liverpool və Hartlepool daxil olmaqla cəmi 10 məscidi hədəf alan hücumları və ya təhdidləri izləyib.
Müsəlmanların evlərini tərk etməkdən qorxduğunu, hicablı qadınların küçələrdə təhdidlərlə üzləşdiyini bildirən təşkilat cinayətlərdəki bu artımın iyulun 26-dan avqustun 2-dək toplanan və ötən ilin eyni dövrü ilə müqayisədə ilkin statistikaya əsaslandığını açıqlayıb.
Tell Mama təşkilatı öz hesabatında Qəzza müharibəsindən sonra nifrət cinayətlərinin artması səbəbindən bu statistikanın bir il əvvəlki ilə müqayisədə normalın üstündə olduğunu qeyd edib.
Britaniyanın baş naziri Keir Starmer ifrat sağçı nümayişçilərə xəbərdarlıq edib.
Sionist rejimi dəstəkləyən təşkilata qarşı da ittihamlar səsləndirilib. Təşkilat son 13 ildə müsəlmanlara qarşı görünməmiş zorakılıqlara səbəb olan sağçı iğtişaşların alovlanmasında rol oynamaqda ittiham olunur.
4230304