IQNA

İsrail soyqırımına bədii cavab: "Qələbə bizimdir"

12:17 - August 10, 2024
Xəbər sayı: 3496501
İQNA - Fələstin müqavimətinin şeir və təsviri sənətlə izah edildiyi "Zəfər Bizimdir" avqustun 25-dək sənətsevərləri AKM-də gözləyir.

İsrail oktyabrın 7-dən Qəzzada soyqırım törədir.
Qanlı hücumlarda 40 minə yaxın insan həyatını itirib, İsrail hökumətinin humanitar yardımların belə girməsinə icazə verməməsi nəticəsində 1 milyondan çox qəzzalı köçmək məcburiyyətində qalıb.
Fələstinin “Oyanış şairi”: Mahmud Dərviş
Bütün dünyada soyqırımçı İsrailə reaksiyalar uçqun kimi böyüyərkən, Türkiyədəki sənət dünyası zülmə reaksiyasız qalmadı.
İstanbulda keçirilən “Zəfər Bizimdir” adlı sərgidə Fələstinin İsrail hücumlarına qarşı müqaviməti şeir və təsviri sənətlərlə izah edilib.
Fələstin müqavimətinin sənətin təsirli gücü ilə izah edildiyi sərgidə fələstinli məşhur şair Mahmud Dərvişin misraları yer alıb.
Fələstin müqavimət ədəbiyyatının ən önəmli adlarından olan Mahmud Dərviş, xalqın ağrı və ümidlərini ifadə etdiyi şeirləri ilə "Şairün-nahda" (Oyanış Şairi) kimi də tanınır.
Vizual Dizayn Rəssamı və Akademik Məhəmməd Əmin Albayrakın məşhur şairin misralarını vizuallaşdırdığı sərgi 33 əsərdən ibarətdir.
Əsərlərdə xüsusilə Fələstində baş verən humanitar faciə kontekstində Dərvişin sənətinin ictimai və mədəni əhəmiyyəti də vurğulanır.
Məhəmməd Əmin Albayrak deyir ki, Mahmud Dərviş şeirlərində Fələstin xalqının yaşadığı çətinliklərin obrazlarını xüsusi seçib.
Şeirlərdəki misraların 1970-2000-ci illər arasında yazıldığını vurğulayan Albayrak şeirlərin bu gün də aktual olduğunu deyir.
Məhəmməd Əmin Albayrak həmçinin afişa çaplarının imzalı satışa çıxarılacağını vurğulayır və deyir:
"Mən posterlərin satışından əldə olunan gəliri bəzi sanitar və həyati ehtiyaclar üçün Qəzzaya göndərməyi planlaşdırıram."
Atatürk Mədəniyyət Mərkəzində sənətsevərləri “Zəfər Bizimdir” sərgisi gözləyir.
TRT

captcha